
Teymur Rəcəbov Onlayn Millətlər Kubokunda bu gün ikinci görüşünü keçirib.
"Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster bu dəfə rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayıb.
Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub. Bu, onun turnirdəki ilk məğlubiyyəti olub.
T.Rəcəbovun yer aldığı dünya yığması isə bu gün keçirdiyi hər iki görüşü məğlubiyyətlə başa vurub. Əvvəlcə ABŞ-a uduzan komanda, ardınca Rusiya ilə bacarmayıb.
Qeyd edək ki, dünya yığması sabah Avropa və Çin komandaları ilə qarşılaşacaq.
Onlayn Millətlər Kuboku
III tur
ABŞ - Dünya yığması 2,5:1,5
Hikaru Nakamura - Teymur Rəcəbov 0,5:0,5
Peres Dominges - Alireza Firuzca 0,5:0,5
Uesli So - Bassem Amin 0,5:0,5
İrina Kruş - Dinara Saduakasova 1:0
IV tur
Rusiya - Dünya yığması
Yan Nepomnyaşi - Teymur Rəcəbov 1:0
Vladislav Artemyev - Alireza Firuzca 0,5:0,5
Sergey Karyakin - Xorxe Kori 1:0
Olqa Qirya - Mariya Muzıçuk 0,5:0,5
___________________________________________________________________________________________________
***18:46
Şahmat üzrə Onlayn Millətlər Kubokunda III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, 2-ci yarış gününün ilk qarşılaşmasında Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ABŞ komandası ilə qarşılaşıb və uduzub.
Azərbaycanlı qrossmeyster ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı dünənki görüşlərdə olduğu kimi rəqibi ilə sülh bağlayıb.
T.Rəcəbovun komandası günün 2-ci qarşılaşmasında Rusiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ mayın 9-dək gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.
Onlayn Millətlər Kuboku
III tur
ABŞ - Dünya yığması 2,5:1,5
Hikaru Nakamura - Teymur Rəcəbov 0,5:0,5
Peres Dominges - Alireza Firuzca 0,5:0,5
Uesli So - Bassem Amin 0,5:0,5
İrina Kruş - Dinara Saduakasova 1:0