Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını 3 medalla başa vurub.
Sportnet.az xəbər verir ki, bu nəticə ilə yığma İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açıb.
Milli üzvlərindən Ramil Vəlizadə 200 metr məsafəyə kəpənək üsulu ilə üzmədə gümüş, Süleyman İsmayılzadə 1500 metr məsafəyə, qadınlardan ibarət estafet komandası isə 4×200 metr məsafəyə sərbəst üsulla üzmədə bürünc medal əldə edib.
İslam Həmrəyliyi Oyunları tarixində ilk dəfə üzgüçülük üzrə milli komanda bütün medalları Azərbaycan doğumlu idmançılar hesabına qazanıb. Bu nəticə yığmanın inkişafında mühüm mərhələ və yeni nəsil üzgüçülərin beynəlxalq arenada yüksəlişinin göstəricisidir.
Bundan əlavə, komanda üzvləri bir neçə şəxsi və ölkə rekordlarını da yeniləyib.












































































