Üzgüçülük üzrə Ukrayna millisi noyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatında iştirakdan imtina edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ukrayna Üzgüçülük Federasiyasının prezidenti Andrey Vlaskov "Suspline" nəşrinə açıqlama verib.
Funksioner bildirib ki, yarışa qatılmamaqla xal itirməyəcəklər: "Orada heç bir üstünlük yoxdur. Amma medallar qazanılsaydı, çox yaxşı olardı".
Qeyd edək ki, 2 - 7 noyabrda təşkil olunacaq Avropa çempionatında Ukraynanı Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı Mixail Romançukla yarımfinalçı Vladislav Buxov təmsil etməli idi. Amma hər iki idmançı daha sonra şəxsi səbəblərə görə Kazana getməməyə qərar verib.