Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
Sportnet.az xəbər verir ki, pauerliftinqçi Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq, 3-cü yeri tutub.
"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.