
18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa Çempionatının B divizionunda Kosovo seçməsinə qarşı sonuncu sıralama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, görüş millinin 81:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qalibiyyət sayəsində U-18 2026-cı ildə də Avropa Çempionatının B divizionunda iştirak hüququ əldə edib