
“Abşeron Lions” basketbolçusu Ceylen Şounun müqavilə müddətini uzadıb.
Bu barədə Sportnet.az-a klubdan məlumat verilib.
Amerikalı hücumçu ilə bir illik sözləşmə imzalanıb.
Ölkəsində Klayton Universitetinin məzunu olan Şou, “Abşeron Lions”a qoşulmazdan öncə Avstriyada "Rayffayzen Qraz" klubunun şərəfini qoruyub.