Gəncə şəhərində basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, millinin baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə 14 oyunçu dəvət edib.
Bunlar Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkozdur.
Toplanış millinin 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsi çərçivəsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, iyunun 14-dək davam edəcək Gəncə toplanışına əsas milli ilə yanaşı, U-18 və U-20 yığmaları da qatılıblar.












































































