Voleybolçu qadınlardan ibarət "Azəryol" komandasının CEV Kubokunun yarımfinal mərhələsində Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma martın 8-də səfərdə olacaq.
Bundan 4 gün sonra "Azəryol" rəqibini Bakıda qəbul edəcək.