
Belarusun ən yaxşı qadın idmançısını müəyyənləşdirmək üçün sorğu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Tribuna.com"un öz oxucuları arasında keçirdiyi sorğuda birinci yeri voleybolçu Darya Avramçik tutub. 20 yaşlı idmançı finalda kikboksinq və tayboks üzrə dəfələrlə dünya və Avropa çempionu Yekaterina Vandaryovanı üstələyib.
Avramçik hazırda yerli "Pribujya" (Brest) komandasının formasını geyinir.