
Ötənlərin məşhur basketbolçusu Şakil O Nilə ABŞ-ın Cənubi Florida polisində ehityatda olan zabit vəzifəsi həvalə edilib. Sportnet.az-ın məlumatına görə, sabiq idmançının əsas funksiyası ictimai işlərlə bağlı olacaq.
O, həmin işlərdə uşaqlara nümunə olacaq. O Nil əməkhaqqı və sosial güzəştlər əldə etməyəcək. Keçmiş basketbolçu əvvəllər Arizona, Los-Anceles və elə Florida polisində digər bölmədə çalışıb. Tanınmış idmançı 4 dəfə MBA çempionu və 3 dəfə final matçlarının ən qiymətli oyunçusu olub.
О'Нил четырежды был чемпионом НБА и трижды признавался самым ценным игроком финальных матчей.





































































