Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, o, qadınlar arasında Çempionlar Liqasının II raundunda “Minçanka Minsk” (Belarus) – “Olimpiacos Piraeus” (Yunanıstan) komandalarının cavab oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oktyabrın 14-d Belarusiyanın paytaxtı Minskdəki “Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsovdur.
Qeyd edək ki, komandaların ilk qarşılaşmasında yunanlar 3-2 hesabı ilə qalib gəlib.