1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionlarımız Vətəndə
Türkiyənin İstanbul şəhərində gənclər güləşçilər arasında Avropa çempionatında uğurla çıxış edən qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər. Sportnet.az-ın məlumatına görə, yığmamız komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla Avropa çempionu adını qazanıb.
Güləşçilərimiz qitə birinciliyini 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.
"Komandamız çox güclü rəqabət şəraitində Avropa çempionu oldular". Bunu hava limanında jurnalistlərə açıqlamasında Azərbaycanın qadın güləşi üzrə yığma komandasının böyük məşqçisi Yaqub Məmmədov deyib. O bildirib ki, Bakıdakı l Avropa Oyunlarında iştirak etmiş bir neçə idmançı qitə birinciliyinə də qatılıb. Amma Azərbaycanı təmsil edən qızlar bütün komandaları heyran etdilər: "Rusiyalı məşqçilər demək olar ki, sıradan çıxmışdılar. Biz komandamızın birinci yerə çıxacağına əmindik. Bizim qızıl medalımız yox idi. Şükürlər olsun ki, keçmiş Avropa və dünya çempionu Səbirə Əliyeva bizə qızıl medal qazandırdı".
Səbirə Əliyeva isə jurnalistlərə bildirib ki, bu onun ilk uğuru deyil: "Çox sevinirəm ki, məşqçilərimin ümidlərini doğrultdum. İnanıram ki, bundan sonra uğurlu nəticələr qazanacağam. Finaldakı rəqibim Ukrayna təmsilçisi idi və ona böyük üstünlüklə qalib gəldim".
Qeyd edək ki, güləşçilərdən Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Elis Manolova (67 kq) və Alyona Kolesnik (55 kq) gümüş, Raqnetta Qurbanzadə (63 kq) və Türkan Nəsirova (44 kq) bürünc medal qazanıb.