ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatında 75 kq çəki dərəcəsində 5-ci yeri tutaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan yunan-Roma güləşçisi Elvin Mürsəliyev turnir haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Mürsəliyev Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında lisenziya xarakterli yarış olduğundan, 6 görüş keçirdiyini bildirib.
O deyib: "Əvvəllər 5 görüş olurdu. Yorğunluq var idi. Amma lisenziya ilə yanaşı, bürünc medal qazanmağı unutmuşdum. Medal qazanmaq müəyyən çətinliklər üzündən qismət olmasa da, çəkdiyim əziyyətin bəhrəsini görərək, lisenziyanın öhdəsindən gəldim. Lisenziyanı təmin etdikdən sonra medal üçün güləşirdim. Hakimlər qeyri-obyektiv qərarlarla məni bürünc medaldan məhrum etdilər. Bürünc medal uğrunda görüşdə almacıq sümüyüm şişdi. Rəqibim bilərəkdən kəllə vururdu ki, məni əsəbiləşdirsin, zədəm olduğu üçün mənə mane olsun. Təkəbbürlük olmasın, lisenziya qazandıqdan sonra yarımfinal haqda düşünmədim. Ayılandan sonra gördüm ki, bürünc medal üçün güləşəcəyəm. Bütün fikrimi cəmlədim ki, həmin medalı qazanım. Amma qismət olmadı".
Dünya 3-cülüyündən məhrum olan güləşçi "Rio-2016"dakı iddiasından söz açıb: "Söz verirəm ki, Olimpiya Oyunlarında "Bakı 2015" I Avropa Oyunlarındakı uğurumu təkrarlayacağam".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |