Ukraynanın Poltava şəhərini təmsil edən “Vorskla” futbol klubu 2026/2027-ci illər mövsümü üçün peşəkar klub lisenziyası ala bilməyib.
Sportnet.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının Attestasiya Komitəsi qərar qəbul edib.
Bildirilib ki, klub növbəti mövsümdə peşəkar statusla çıxış etmək hüququ əldə etməyib.
Mənbənin məlumatına görə, komanda daxilində cari çempionatın keçid oyunlarında iştirak etməmək barədə qərar da elan olunub. Bu isə faktiki olaraq “Vorskla”nın peşəkar statusunu itirməsi deməkdir.
Qeyd olunur ki, klubun yeni rəhbərliyi təşkilati və idarəetmə məsələlərini qaydaya saldıqdan sonra 2027/2028 mövsümündə yarımpeşəkar status daşıyacaq yeni yaradılan Üçüncü Liqada iştirak etmək üçün müraciət etməyi planlaşdırır.
Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik əlavə açıqlama verilməyib.



















































































