Azərbaycan boksçusu Məhəmməd Abdullayevin Rusiyanın Sankt-Peterburq şəhərindəki yeniyetmələr arasında dünya çempionluğu qazandığı final döyüşündən maraqlı görüntülər üzə çıxıb.
Sportnet.az-ın məlumatına görə, görüntülərdə 80 kq-dan yuxarı çəki dərəcəsində almaniyalı Daniel Malsamla qarşılaşmada məşqçilərin boksçumuza təlimatları və qələbə qazandıqdan sonra Abdullayevin çempionluğu rinqdə Qafqaz rəqsi ilə qeyd etməsi əksini tapıb.
Qeyd edək ki, millimiz dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medalı Orxan Həsənov (54 kq) qazanıb.
Hazırladı: İsaq Mayılov
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |