1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bonilyanı biz bombardir edəcəyik"
"Zirə" ilə bir daha oynasaq, Bonilyanı yüz faiz bombardir edəcəyik". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov "Zirə"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra CBC Sport-a deyib.
Təcrübəli mütəxəssis komandasının rəqibdən səviyyəcə geri qaldığını etiraf edib: "Bu gün rəqibə verdiyimiz hədiyyələr məğlubiyyətimizə gətirib çıxardı. Deməzdim ki, zəif oynadıq. Sadəcə, müdafiədəki fərdi səhvlər, rəqibə verdiyimiz qol imkanları üzündən uduzduq. Bunun səbəblərini araşdıracağıq. Futboldan çox anarxiya gördük. Son pillədən qurtulmaq bizim üçün önəmlidir. Qələbə qazanmaq istəyirik. Önə çıxdığımız vaxt qapımızda qollar görürük. Uduzuruqsa, önəmlisi, nələr etməyimizdi. Bu gün lazım olmayan şeylər etdik, bu da qapımıza vurulan qollara gətirib çıxardı".
Həsənov qalan 7 turda əsas məqsədlərinin "Xəzər Lənkəran"ı keçməkdən ibarət olacağını söyləyib: "Rəqibimiz "Xəzər Lənkəran"dır. Başqa rəqib yoxdur. Daha "Sumqayıt"a çata bilmərik. "Xəzər Lənkəran"ı keçmək üçün isə bizə 3 xal lazımdır. Heyətimizdəki futbolçuların 70 faizi Premyer Liqa səviyyəsindən aşağıdır. Bəziləri elitada oynamayıb. Aradan qaldırmağa çalışırıq, amma səhvlər artıq sistematik hal alır. Futbolçularımızın səviyyələri aşağıdır. Əlimizdən nə gəlirsə, onu edirik ki, "Xəzər Lənkəran"ı keçək".
Qeyd edək ki, Nelson Bonilya hazırda 13 qolla bombardirlər siyahısına başçılıq edir. O, vurduğu toplardan 5-ni "Rəvan"ın qapısından keçirib. Bonilya bugünkü matçdakı "het-trik"dən əlavə, XXI tura təsadüf edən ev oyununda "dubl" edib.