ABŞ-ın Portlend şəhərində keçiriləcək qapalı məkanda atletika üzrə dünya çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək. Sportnet.az-ın Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazim Babayev uzununa tullanma növündə mübarizə aparacaq.
Yarışlar "Oregon Convention Center"də təşkil olunacaq.
Qeyd edək ki, Nazim Babayev "Bakı 2015" I Avropa Oyunlarında qızıl medalın sahibi, gənclər arasında Avropa çempionatının qalibi və rekordçusudur. O, sonuncu dəfə Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən Balkan çempionatından gümüş medal qazanıb.





































































