1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Useyn Bolt karyerasını bitirəcəyi tarixi açıqladı
Yamaykalı sprinter, 8 qat dünya çempionu Useyn Bolt 2017-ci il dünya çempionatından sonra çıxış etməyəcək.
Sportnet.az-ın məlumatına görə, 2018-ci ildə keçiriləcək Birlik Oyunlarının təşkilatçıları yamaykalı atletə də dəvət göndərib. Lakin 31 yaşlı idmançı mənfi cavab verib: "2018-ci ildə çıxış edə bilmək üçün əvvəlkilərdən də çox məşqə qatılmalıyam ki, qələbə şansı qazanım. Bu isə baş verməyəcək".
Atletika üzrə builki dünya çempionatı 5 - 13 avqustda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək.
Qeyd edək ki, yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi Useyn Boltu 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə estafet qaçışında qazandığı qızıl medaldan məhrum edib. Səbəb onunla birgə qaçan komanda yoldaşı Nesta Karterin dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş turinabol anabolik steroidinin tapılmasıdır. Nəticədə bütün yığmadan medallar alınıb. Bununla da Bolt 9 qat yox, 8 qat olimpiya çempionu sayılıb.