1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Böyük Britaniyanın paytaxtı Londonda atletika üzrə dünya çempionatına start verilib. Sportnet.az-ın məlumatına görə, avqustun 13-dək davam edəcək mundialda Azərbaycanı 4 idmançı təmsil edir.
Onlardan ilk olaraq, mübarizəyə çəkicatan Hanna Skidan qoşulacaq. 25 yaşlı qadın atlet təsnifat mərhələsində 16 idmançıdan ibarət yarımqrupda qüvvəsini sınayacaq. Bu yarımqrupda çıxışlar Bakı vaxtı ilə saat 15:05-də başlanacaq.
Qalan 3 təmsilçi isə kişilərin mübarizəsinə qatılacaq. Nazim Babayevlə Aleksis Kopello 3 təkanla uzununa tullanma yarışında çıxış edəcək. Bu növ üzrə təsnifat yarışları avqustun 7-də saat 21:35-də başlanacaq.
Hayle İbrahimov isə 5000 metr məsafəyə qaçacaq. Seçmə mərhələ avqustun 9-da saat 23:05-də başlanacaq.