1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı atlet dünya çempionatının finalında!
Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı sprinter bu nailiyyətə 200 metr məsafəyə yarımfinal qaçışında imza atıb. O, finişə 20,17 saniyəyə çataraq, bütün rəqiblərini üstələyib. Quliyevin yarımqrupundan ilk "3-lüy"ə düşən ABŞ təmsilçisi Amir Uebb və CAR-dan olan Vayd van Nikerk də adını finala yazdırıb. Digər iki yarımqrupdan isə bu hüquqa İsiah Yanq (ABŞ), İsaak Makvala (Botsvana), Nethanel Mitçell-Bleyk (Böyük Britaniya), Yarim Riçards (Trinidad və Tobaqo), Abdul Hakim Sani Braun (Yaponiya) yiyələnib.
Qeyd edək ki, final qaçışı Bakı vaxtı ilə avqustun 11-nə keçən gecə saat 00:52-də olacaq. İndiyədək Ramil Quliyev dünya çempionatlarında iki dəfə finala yüksəlib. O, 2009-cu ildə Azərbaycanı təmsil etdiyi vaxt Almaniyanın paytaxtı Berlində, 2015-ci ildə isə Çinin paytaxtı Pekində həlledici mərhələyə vəsiqə qazansa da, medalçılar sırasına düşə bilməyib.