Azərbaycan atleti Nazim Babayev Tailandın paytaxtı Tayvanda keçirilən XXIX Yay Universiadasının qalibi olub. Sportnet.az-ın məlumatına görə, Babayev üçtəkanla uzunluğa tullanma yarışında hamıdan güclü olub.
17,01 metr uzununa tullanan Babayev ən yaxın izləyicisini 4 sm geridə qoyub.
Bu, Azərbaycanın Universiadada 8-ci medalı olub. İndiyədək yığma üzvləri qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər.