1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan atleti olimpiadaya lisenziya qazandı
Azərbaycan atleti Rüstəm Məmmədov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Sportnet.az-ın məlumatına görə, Məmmədov buna Macarıstanın Györ şəhərində keçirilən Avropa çempionatında nail olub. O, üç təkanla tullanma növündə 15,16 m nəticə göstərərək, çempionatın bürünc medalına layiq görülüb. Bu nəticə azərbaycanlı atletin ən yaxşı şəxsi nəticəsi olmaqla yanaşı, ona olimpiadaya vəsiqə qazandırıb. Mükafatlandırma mərasimi iyulun 11-də Bakı vaxtı ilə saat 19:50-da olacaq.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.