ABŞ-ın Las-Veqas şəhərindəki yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın daha bir ağırlıqqaldıranı medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində fəxri kürsüyə yüksəlib. O, 121 kq nəticə ilə bürünc medala layiq görülüb. Təkanla isə Qasımov 143 kq ağırlıq qaldıraraq 7-ci yeri tutub. Toplam 264 kq (121+143) nəticə göstərən atlet yekun sıralamada 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk yarış günündə Ömər Cavadov (55 kq) birdən qaldırma hərəkətində 96 kq nəticə ilə kiçik "bürünc"ə sahib olub.