Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı idmançı 3 təkanla tullanma yarışında qızıl medala sahib olub.O, 16,89 nəticə göstərərək, karyerasında ikinci dəfə Universiada çempionluğunu rəsmiləşdirib. Babayev əvvəlki "qızıl"ını 2017-ci ildə Çin Taypeyində əldə edib.
Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medala sahib olub.