
Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan ağırlıqqaldıranlar arasında keçiriləcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti bəlli olub.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, U-20-lərin mübarizəsində Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq) çıxış edəcək. Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq) isə U-23-lərin yarışına qatılacaq.
Qadınlardan Səbinə Əzimova (55 kq) U-20, Mərziyyə Məhərrəmova (49 kq) U-23 yaş kateqoriyasında qüvvəsini sınayacaq.
Beynəlxalq dərəcəli Məmməd Məmmədov Azərbaycanı hakim qismində təmsil edəcək.
Qeyd edək ki, Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarış 17 - 27 oktyabrda keçiriləcək.