Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF - hazırkı Dünya Atletikası) sabiq prezidenti Lamin Diak dünyasını dəyişib.
Sportnet.az-ın "Reuters"ə istinadən məlumatına görə, seneqallı funksioner öz evində vəfat edib. Diakın ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 1999 - 2015-ci illərdə IAAF-a rəhbərlik etmiş afrikalı funksioner 2015-ci ilin noyabrından həbsdə idi. O, "aktiv və passiv korrupsiya", "etimadın pozulması" və "cinayətkar qrupun bir hissəsi olaraq çirkli pulların yuyulması" maddələri ilə ittiham olunurdu. Fransa prokurorluğu Diakın aldığı rüşvətin ümumi məbləğinin 3,45 milyon avro olduğunu iddia edir. Təqsirləndirilənlər arasında onun oğlu Papa Massata Diak da var. Diak həmçinin 2019-cu ildə Qətərdə təşkil edilmiş Dünya Kuboku üçün təklif kampaniyası zamanı korrupsiyada günahlandırılırdı.