Cənubi Afrika Respublikasından (CAR) olan atlet Tando Dlodlo antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya edilib.
Sportnet.az yerli Dopinqsiz İdman İnstitutunun rəsmi saytına istinadən xəbər verir ki, 2021-ci il Polşadakı dünya çempionatında qızıl medal qazanan 23 yaşlı idmançı Ümumdünya Antidopinq Məcəlləsinin 2.1-ci bəndini pozduğu üçün cəzalanıb.
Onun dopinq nümunəsində testosteron tapılıb. Sprinterin cəza müddəti 2,5 ildir. Dlodlonun 2021-ci ilin aprelində CAR çempionatındakı testi pozitiv çıxıb.
Qeyd edək ki, Tando Dlodlo mundialda 4x100 m estafet yarışında qızıl medal əldə edib.