Belarusda atletika üzrə beynəlxalq yarışların keçirilməsi qadağan olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ümümdünya Atletikasının (World Athletics) prezidenti Sebastyan Ko açıqlama verib.
O bildirib ki, sanksiyalar dünya və Avropa yarışlarına şamil edilir: "Buraya konqres iclaslarında iştirak və səsvermə hüququndan məhrumetmə də daxildir. Beynəlxalq turnirlər zamanı Belarusdan olan rəsmi şəxslərə də akkreditasiya verilməyəcək".
Qeyd edək ki, Ümumdünya Atletikası daha əvvəl Rusiya və Belarus idmançılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.