
İspaniyanın paytaxtı Madriddə keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələrin Avropa birinciliyi başa çatıb.
Sportnet.az xəbər verir ki, qitə miqyaslı yarışda mübarizə aparan 15 yaşadək atletlərdən ibarət Azərbaycan komandası yarışı üçüncü pillədə bitirib.
Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində milli İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.