
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2026-cı il mövsümü üçün beynəlxalq yarışların təqvimini açıqlayıb. Təqvimdə yer alan yarışlar sırasında Azərbaycanın ev sahibliyi edəcəyi “Bakı–Xankəndi” velosiped yarışı da var.
Sportnet.az xəbər verir ki, Mayın 10–14-ü tarixlərində keçiriləcək turnir UCI-nin 2.1 kateqoriyalı yarışları sırasına daxildir. Beş mərhələdən ibarət olacaq tədbir ölkənin bir sıra bölgələrini əhatə edəcək.
Birinci mərhələdə velosipedçilər Bakı–Sumqayıt, ikinci mərhələdə Bakı–Şamaxı–İsmayıllı, üçüncü mərhələdə Qəbələ–Şəki–Qəbələ, dördüncü mərhələdə Qəbələ–Mingəçevir–Gəncə, sonuncu – beşinci mərhələdə isə Naftalan–Füzuli–Şuşa–Xankəndi marşrutu üzrə mübarizə aparacaqlar.