İdman Arbitraj Məhkəməsi (CAS) britaniyalı veloyürüşçü Elizabet (Lizzi) Armstedin üç dopinq-testi buraxdığı üçün onu diskvalifikasiya edən Böyük Britaniya Antidopinq Agentliyinin (UKAD) qərarından verdiyi apellyasiyasını qəbul edib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Daily Mail" yazıb.
E.Armsted harada olması barədə dopinq nəzarəti əməkdaşlarını xəbərdar etmədiyinə və buna görə də ondan üç dəfə dopinq-test götürülə bilmədiyinə görə qeyri-müəyyən müddətə diskvalifikasiya edilmişdi.
UKAD-nin qaydalarına əsasən, idmançı belə qayda pozuntusuna görə 1 ildən 4 ilə qədər cəzalandırıla bilər. CAS müəyyənləşdirib ki, E.Armsted yalnız iki dopinq-testi öz səhvi ucbatından buraxıb, üçüncü halda isə səhv UKAD-nin olub və bu səbəbdən o, diskvalifikasiya edilə bilməz.
İndi xanım idmançı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak edə biləcək.
Qeyd edək ki, 27 yaşlı E.Armsted Olimpiya Oyunları-2012-nin gümüş mükafatçısıdır və 2009-cu ildə trek komanda yarışlarında, 2015-ci ildə isə qrup halında şosse yarışında dünya çempionu olub.