Rusiya Antidopinq Agentliyi (RUSADA) velosipedçi Aleksandr Qonçarovu diskvalifikasiya edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. Velosipedçi 4 il müddətinə cəzalandırılıb.
Qonçarovun cəzasının 2019-cu il sentyabrın 9-dan hesablandığı bildirilib. O, ötən il Rusiya çempionatının qızıl medalını qazanıb.