İranın məşhur yunan-Roma güləşçisi Babək Qurbani həbsxanada intihar edib. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı pəhləvanın ölümcül dozada dərman qəbul etdikdən sonra öldüyü bildirilir.
Qurbani doğma şəhəri Kirmanşahda dəfn edilib.
Qeyd edək ki, Babək Qurbani 2011-ci ildə dopinq qəbul etdiyi üçün 2 illk diskvalifikasiyaya məruz qalıb. Həmin il o, məişət zəminində qətl üzündən həbs edilib. Karyerası ərzində Qurbani gənclər arasında dünya, eləcə də Asiya çempionu olub, Asiya Oyunları və Dünya Kubokunu qazanıb.