1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA-dan daha bir danışılmış oyun şübhəsi
UEFA Ukrayna çempionatının "Niva" - "Ternopol" matçının danışılmış olmasından şübhələnib. Sportnet.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Marinovski açıqlama verib.
O bildirib ki, noyabrın 16-da keçirilmiş qarşılaşma ilə bağlı Ternopoldan Britaniya bukmeyker kontoruna 5 qeyri-adi pul qoyuluşu edilib. Bütün hallarda "oyunçular" 0:0 hesabına qoyuluşdan başlayıblar. Sonradan isə onlar hesab və əmsal dəyişikliyindən asılı olaraq, pul qoyuluşlarını dəyişdiriblər. Nəticədə ən yüksək uduş 10 min funt olub, qalan 4 qoyuluşun məbləği isə üst-üstə 13 min funt təşkil edib. Görüş isə 2:2 hesablı heç-heçə ilə nəticələnib.
"İnsident çox xoşagəlməz, biabırçıdır. Buna görə də hər iki komandanın məzuniyyətdən qayıtmasını gözləyəcək və hərtərəfli araşdırma aparacağıq" deyə Marinovski bildirib.