1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid İmamverdiyev danışdı
Türkiyənin "Elazığspor” klubunun futbolçusu Cavid İmamverdiyev bir müddət əvvəl komandadan ayrılmaq istəməsinin səbəblərini izah edib. Milli komandamızın yarımmüdafiəçisi Türkiyə mətbuatına açıqlamasında atasının səhətində problem olduğu üçün müəyyən müddətə Azərbaycanda qalmalı olduğunu bildirib.
O deyib: "Mən "Elasığspor”u və onun azarkeşlərini çox sevirəm. Ancaq çətin günlərində atamın yanında olmalı idim. Baş məşqçimiz Ümit Özatla danışdım və ona bildirdim ki, ailəm Elazığda qala bilmir. Çünki heç vaxt vətəndən qıraqda yaşamayıblar. Üstəlik, atam xəstə olduğu üçün Bakıya qayıtmalı idik. "Elazığspor”da ayrılmaq istəmirəm. Problemləri yoluna qoyub komandamda qalacağam. Klub prezidentimiz Səlcuk Öztürkün qərarını gözləyirəm. O, necə istəsə, elə də olacaq”.
İmamverdiyevin Elazığa gəldiyini və komanda ilə məşqlərə başladığını deyən klubun idman direktoru Mehmet Kaplan isə futbolçunu komandada saxlamaq istədiklərini bildirib: "Əlimizdən gələni edirik ki, Cavidin ailəsini Türkiyəyə gəlmələri üçün razı salaq. Onun kimi istedadlı futbolçunun komandamızda olmasından məmnunuq”.
Qeyd edək ki, Cavid İmamverdiyev "Elazığspor"da icarə əsasında çıxış edir. O, müqavilə ilə "Netçi" klubuna məxsusdur.