
Bakının "İnter" komandası yeni ildə ilk futbolçu transferini həyata keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Xəzər Lənkəran"dan azad agent statusu ilə ayrılan Əfran İsmayılovla 6 aylıq müqavilə imzalanıb.
Bu, İsmayılovun son 1,5 ildə 3-cü komandası olub. 25 yaşlı yarımmüdafiəçi ötən mövsümü "Bakı"da, cari mövsümün ilk yarısını isə "Xəzər Lənkəran"da keçirib.
Bu, İsmayılovun son 1,5 ildə 3-cü komandası olub. 25 yaşlı yarımmüdafiəçi ötən mövsümü "Bakı"da, cari mövsümün ilk yarısını isə "Xəzər Lənkəran"da keçirib.
Qeyd edək ki, "İnter" yanvarın 2-də Türkiyənin Antalya bölgəsində toplaşacaq. Növbəti gündən isə komanda məşqlərə start verəcək. "İnter" vətənə yanvarın 24-də qayıdacaq.







































































