
"Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi karyerasını Braziliyanın C Seriyasında mübarizə aparan "Portugeza" komandasında davam etdirəcək. Sportnet.az-ın məlumatına görə. 24 yaşlı sol cinah müdafiəçisi ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
Onun rəsmi təqdimatı yanvarın 5-də olacaq.
Qeyd edək ki, B.Bertuççi "Neftçi"də 2012-ci ilin yayından 2014-cü ilin oktyabrınadək çıxış edib. "Portugeza" ötən mövsüm Braziliya B Seriyasında 20-ci yeri tutaraq daha aşağı liqaya enib.







































































