"Ardıcıl ikinci dəfədir ki, bu turnirdə iştirak edirəm. Ötən il buradan xoş təəssüratlarla ayrılmışdıq. Yenidən burada olduğumuz üçün şadam". Sportnet.az-ın məlumatına görə, bunu Valentin Qranatkinin xatirə turnirində Yaponiyanı 1:0 hesabı ilə yenən Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Adam deyib.
Almaniyalı mütəxəssis bu qələbəni sensasiya adlandırıb: "Belə güclü rəqibə qalib gəldiyimiz üçün çox sevinirik. Sona qədər mübarizə apardıq. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”.