1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azəryol"dan dramatik məğlubiyyət
Voleybolçu qadınlardan ibarət "Azəryol" klubu Türkiyənin Antalya bölgəsində keçirilən "Gloria Cup" turnirində ilk görüşündən məğlub ayrılıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Aleksandr Çervyakovun komandası Türkiyə "Vakıfbank"ına uduzub - 1:3.
"Azəryol" ilk seti 25:20 hesablı üstünlüklə tamamlayıb. Növbəti set xeyli gərgin alınıb. Normal hesabdan kənara çıxan set sonda "Vakıfbank"ın tərəfində olub - 30:28. Sonrakı setlərdə də üstünlüyünü davam etdirən meydan sahibləri 25:21 və 25:23 hesablı nəticələrlə qələbəyə nail olub. Görüş ümumilikdə 1 saat 54 dəqiqə davam edib.
Qeyd edək ki, "Azəryol" oyuna bu heyətlə çıxıb: Kseniya Poznyak, Oksana Kurt, Odina Bayramova, Yovana Brakoçeviç, Lora Kitipova, Andressa Pikussa, Eşli Lav, Yelena Nikoliç, Ceyran Əliyeva, Straşimira Filipova, Lenka Dürr (L). Azərbaycan təmsilçisi sabah saat 19:00-da "Volero" (İsveçrə) ilə, yanvarın 5-də saat 16:00-da isə "Branik" (Sloveniya) ilə qarşılaşacaq.