AFFA-nın Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov bu gün səhər saatlarında Sumqayıtdakı mənzilində vəfat edib. Y.Şamilov bir müddət imiş kimi səhhətindəki problemlərdən əziyyət çəkirmiş.
O, 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın "Polad” daha sonralar "Xəzər” komandasının rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə "Tərəqqi” medalına layiq görülüb.
Ailəlidir, üç qız övladı var. Nəvəsi Vüqar Bəybalayev "Bakı” klubunun futbolçusudur (gencaile.az).