1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azəryol" yenə uduzdu
Voleybolçu qadınlardan ibarət "Azəryol" klubu Türkiyənin Antalya bölgəsində keçirilən "Gloria Cup" turnirində növbəti görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib İsveçrə "Volero"su olub.
Görüş "Azəryol"un məğlubiyyəti ilə yekunlaşıb - 1:3. İlk setdən "Volero" 25:23 hesabl üstünlüklə ayrılıb. İkinci setdə təmsilçimiz 25:22 hesablı nəticə ilə bərabərliyi təmin edib. Lakin növbəti 2 set 25:18 və 25:19 hesabı ilə İsveçrə komandasının xeyrinə başa çatıb. Bununla da "Azəryol" Türkiyə "Vakıfbank"ının ardından "Volero"ya da eyni hesabla yenilib. Günün digər qarşılaşmasında "Vakıfbank" Sloveniya "Branik"ini darmadağın edib - 3:0 (25:11, 25:20, 25:22).
Qeyd edək ki, "Gloria Cup"a yanvarın 5-də keçiriləcək "Azərreyl" - "Branik" və "Vakıfbank" - "Volero" qarşılaşmaları ilə yekun vurulacaq.