
Türkiyə Superliqasında 2015-ci ilin ilk derbisi "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib. Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Atatürk" Olimpiya stadionunda baş tutan qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0.
"Sarı-qırmızılar"a 3 xal gətirən qolları 50-ci dəqiqədə Felipe Molo və 90+5-ci dəqiqədə Burak Yılmaz vurub. 62-ci dəqiqədə "Beşiktaş"ın futbolçusu Vəli Kavlak qırmızı vərəqə alıb.
Bu qələbədən sonra "Qalatasaray" xallarını 35-ə çatdıraraq, "Beşiktaş"la bərabərləşib. "Qartallar" isə liderliyi 36 xala malik "Fənərbağça"ya təhvil verib.






































































