Qış tətilini başa vuran "Bakı” dünən bir araya gəlib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun təlim-məşq bazasında baş tutan hazırlığa köməkçi məşqçi Rafael Əmirbəyov rəhbərlik edib.
Öncə isinmə hərəkətlərinə yer verən çalışdırıcı ardından futbolçuları 3 qrupa bölərək onları meydanboyu qaçırdıb. Birsaatlıq yüngül və sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra edib. Bununla da "Bakı” yeni ildə ilk məşqini başa vurub.
Qeyd edək ki, "Zolaqlılar"ın baş məşqçisi İbrahim Uzuncanın hansı səbəbdən məşq prosesinə rəhbərlik etməməsi bilinmir.