Türkiyənin I Liqasında mübarizə aparan "Osmanlıspor" klubu baş məşqçi Yılmaz Vuralla yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis səbəb kimi klubdakı problemlərin həllini tapmamasını göstərib.
O deyib: "Rəhbərliklə görüşdüm. Bu sıxıntıları aşa bilməyəcəyimə qərar verdim. Qarşılıqlı anlaşma yolu ilə postumdan ayrıldım. Heç bir maddi tələbim yox idi. Zatən qarşılıqlı inam çərçivəsində boş müqaviləyə imza atmışdım".
Qeyd edək ki, Yılmaz Vural "Osmanlıspor"a 2014-cü il dekabrın 23-də Osman Özköylünün yerinə baş məşqçi təyin olunub. 63 yaşlı mütəxəssisin bu vəzifədə fəaliyyəti cəmi 18 gün çəkib. "Osmanlıspor" Vuralın 29 illik baş məşqçi karyerası ərzində iş yerini dəyişdiyi 29-cu klub olub. Təcrübəli mütəxəssis bu yaxınlarda Azərbaycan millisindən təklif aldığını açıqlayıb. Hazırda "Osmanlıspor" 16 turdan sonra 30 xalla I Liqada 2-ci yerdədir və lider "Kayserispor"dan cəmi 1 xal geri qalır.