"Məlum səbəblərlə əlaqədar "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra "İnter"dən təklif gəldi. Həm çempionluq, həm də avrokuboklara vəsiqə şanslarını nəzərə alaraq, bu komandaya keçdim. Sevinirəm". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in yeni transferi Əfran İsmayılov klubun televiziyasına açıqlamasında deyib.
İsmayılov bildirib ki, yeni kollektivə uyğunlaşmaqda çətinlik çəkməyib: "Çünki bütün futbolçuları, baş məşqçini tanıyıram. Hər şey qaydasındadır".
27 yaşlı yarımmüdafiəçi Türkiyənin Antalya bölgəsindəki toplanışın gedişindən də danışıb: "Hər şey qaydasındadır, öz axarı ilə gedir. Gündə 2 dəfə məşq edirik. Səhərlər fiziki, axşamlar topla çalışırıq. Var gücümüzlə çempionata hazırlaşırıq".
"İnter"dəki hədəflərinə gəldikdə, İsmayılov cəmi 6 aylıq müqavilə bağlamasına baxmayaraq, çempionluq və ya ölkə kuboku uğrunda mübarizə aparacaqlarını bildirib: "Əlimizdən gələni edəcəyik ki, Premyer Liqada maksimum nəticələr qazanaq. Çempionluq və ya ölkə kubokundan ən azı birini əldə etsək, bu, mənim üçün sevindirici olar. Çalışacağıq ki, mövsümü titulla başa vuraq".