Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu bu gün CEV Kubokunda 1/4 final mərhələsinin ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Rusiyanın Krasnodar şəhərini təmsil edən "Lokomotiv" komandası olub.
Azərbaycan Voleybol Federasiyasının İdman Mərkəzində keçirilən qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. "Lokomotiv" birinci və üçüncü setlərdən 25:22, ikinci setdən isə 25:18 hesablı üstünlüklə ayrılıb.
Qeyd edək ki, cavab görüşü yanvarın 20-də Krasnodarda olacaq.