1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çernomorets"in qapıçısı rəsmən "Qəbələ"də
"Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib. Sportnet.az-ın məlumatına görə, "qara-qırmızılar" ukraynalı qapıçı Dmitri Bezotosnı ilə 6 aylıq müqavilə bağlayıb.
Artıq 32 yaşlı qolkiper Türkiyənin Antalya bölgəsində hazırlıq keçən yeni komandasına qoşulub və ilk məşqə çıxıb. Onun son klubu "Qəbələ"nin hazırkı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında 3 ilədək şərəfini qoruduğu Ukrayna "Çernomorets"i olub. Əvvəllər isə Bezotosnı "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002 - 2004), "Metallurq-2" (Zaparojye, 2004 - 2007) və "Metallurq" (Zaparojye, 2007 - 2011) komandalarında çıxış edib. Təcrübəli qapıçı 192 sm boya, 83 kq çəkiyə malikdir.
Qeyd edək ki, "Qəbələ" daha öncə Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayıb.