"Xəzər Lənkəran" klubu Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı futbolçu itkiləri ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, bunlar qapıçı Vyekoslav Tomiç, müdafiəçi İlqar Ələkbərov və Rasim Ramaldanovdur.
Tomiç və Ramaldanovdan fərqli olaraq, Ələkbərov Bakıya göndərilib. O, Antalya toplanışına yenidən qatıla bilməyəcək.
Qeyd edək ki, daha öncə "Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlı da zədələnib. Əsas qolkiperlərinin sıradan çıxması üzündən Ukraynanın "Metallurq" (Zaporojye) komandası ilə matçda cənubluların qapısını Tərlan Qasımzadə qoruyub.