
Almaniya "Bayer"inin yarımmüdafiəçisi Melis Sarıaltın 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasından kənarlaşdırılıb. Sarıaltın millimizin fevralın 2-də başlanacaq təlim-məşq toplanışına dəvət almayıb.
Bir həftəyədək davam edəcək hazırlıq prosesi çərçivəsində yığmamız gürcüstanlı həmyaşıdları ilə ”Baki”nın təlim-məşq bazasında 2 yoldaşlıq oyunu keçirəcək. İlk oyun fevralın 6-da saat 11:30-da, ikincisi isə fevralın 8-də saat 17:30-da başlanacaq.
Ümumilikdə toplanışa 21 futbolçu dəvət alıb. Onların arasında 6 legioner də var. Milliləşdirilmiş əcnəbilərdən 2-si İspaniyanın "Atletiko" komandasındandır.
19 yaşlı futbolçu ötən ilin oktyabrında Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyalarına qoşulub. O, əynində "Kurdistan" ("Kürdüstan") yazılmış köynək və əlində PKK terrorçularının və təşkilatın lideri Abdullah Öcalanın fotosunun əks olunduğu bayraqla nümayişə çıxıb. Sarıaltın "Facebook" profilində paylaşdığı fotoya "Kobani yalqız deyil" statusunu yazıb. Sarıaltının bu hərəkəti AFFA rəhbərliyinin etirazı ilə qarşılanıb. Baş katib Elxan Məmmədov həmin vaxt bildirib ki, bir Azərbaycan vətəndaşı kimi yığma üzvünün bu hərəkətinin - tanınmamış olkənin bayrağını təbliğ etməsinin əleyhinədir.
|
Şərifova |
Aytac |
Təhsil |
|
İsmayılova |
Günay |
Fidan |
|
Rəhmanova |
Nərmin |
Təhsil |
|
Sançez |
Lusia |
Atletiko (Madrid, İspaniya) |
|
Məmmədova |
Jalə |
Binə |
|
Rodelqo |
Natalya |
Atletiko (Madrid, İspaniya) |
|
İltər |
Süheyla |
Grun Weis Neukkoln (Berlin, Almaniya) |
|
Maxaelis |
Alina |
Eintracht (Frankfurt, Almaniya) |
|
Romançuki |
Ana |
Zaqatala |
|
Nəziri |
Adelina |
VfL Bochum (Boxum, Almaniya) |
|
Məmmədova |
Diana |
UGİM (Krasnoyarsk, Rusiya) |
|
Yığın Canan |
Berna |
Təhsil |
|
Abasova |
Məlahət |
Təhsil |
|
Quliyeva |
Roza |
Təhsil |
|
Relea |
Yaiza |
Zaqatala |
|
Mollayeva |
Manə |
Zaqatala |
|
Əliyeva |
Aysun |
Təhsil |
|
Cəlilli |
Nigar |
Təhsil |
|
Qasımova |
Güləmbər |
UGİM Qax |
|
Bakarandze |
Kristina |
Zaqatala |
|
Mənsimova |
Süsən |
Təhsil
|
Qeyd edək ki, Melis Sarıaltın əvvəlcə Azərbaycanın 17 yaşadək yığmasının heyətinə cəlb olunub. Yeniyetmə futbolçu U-17 millimizdə ilk rəsmi matçını 30 sentyabr 2011-ci ildə Avropa çempionatının seçmə oyununda Ukraynaya qarşı keçirib. Bu ildən isə o, U-19 millimizdə çıxış etməyə başlayıb. Ötən ay Sarıaltın Avropa çempionatının seçmə oyunlarında Ukrayna, Danimarka və Kiprə qarşı forma geyinib.




































































