
Türkiyənin Antalya bölgəsində qış-təlim məşq toplanışını davam etdirən "Qarabağ" Polşanın "Legiya" klubu ilə yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi qarşılaşmadan qalib ayrılıb - 2:0.
Azərbaycan klubunun heyətində Reynaldo (67 dəq.) və Cavid Tağıyev (82 dəq.) fərqlənib. Baş məşqçi Qurban Qurbanov start heyətində bu futbolçulara yer verib: İbrahim Sehiç, Ansi Aqolli, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (Hacı Əhmədov), Riçard Almeyda (Namiq Yusifov), Leroy Corc (Cavid Tağıyev), Muarem Muarem, Reynaldo (Namiq Ələsgərov).
Qeyd edək ki, bu, "Qarabağ"ın Antalya toplanışında ilk qələbəsi olub. "Qarabağ" ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split" klubuna məğlub olub - 1:3. Ardından İsveçrə "Sürix”i ilə heç-heçə edən (1:1) təmsilçimiz son görüşündə "Levski" (Bolqarıstan) klubuna 0:3 hesabı ilə məğlub olub.









































































